Əvvəllər "enişte" deyirdi, ələlə görüntüləndilər FOTO


Şou-biznes 30 Haz 2025 16:12:00 51 0

Əvvəllər "enişte" deyirdi, ələlə görüntüləndilər  FOTO

Müğənni Sinan Akçıl və aparıcı Ece Erkenin Samsun Hava Limanında əl-ələ gəzərkən görüntülənməsi maqazin mediasında geniş rezonans doğurub.

Son.az xəbər verir ki, sadə vətəndaşın kamerasına tuş gələn görüntülərdə cütlüyün birlikdə olduğu görünür. Onların görüntüləndiklərini anlayanda əl-ələ tutmaqdan imtina etmələri isə münasibəti gizli saxlamaq istəkləri kimi qiymətləndirilib. Hadisə sosial şəbəkələrdə qısa müddətdə yayılıb və müxtəlif şərhlərə səbəb olub.

Ece Erkenin vaxtilə Sinan Akçılın sabiq həyat yoldaşı Burcu Kıratlı ilə yaxın dost olması və həmin dövrdə Akçılı "enişte" (bacanaq) kimi çağırması isə sosial şəbəkələrdə rəylərdə qeyd olunub.

Görüntülərdən sonra Erkenin Instagram hesabında Sinan Akçılın üzünü gizlətdiyi foto paylaşması diqqət çəkib.

Qeyd edək ki, Sinan Akçıl təxminən bir ay əvvəl Ece Erkenin aparıcılıq etdiyi "Gel Konuşalım" verilişinə qonaq olmuşdu. Veriliş zamanı Ece Mumay ilə bağlı eşq iddiaları gündəmə gələndə Erkenin verdiyi "Ece ilə nəsə var?" sualına Akçılın "Hansı Ece ilə?" cavabı əvvəllər zarafat kimi qəbul edilsə də, son görüntülərlə birlikdə bu sözlərə də yeni mənalar yüklənməyə başlanıb.