"Anam qəzada yanımda can verdi" Sənətçi faciə dolu həyat hekayəsindən danışdı VİDEO


Şou-biznes 30 Haz 2025 10:30:00 65 0

"Anam qəzada yanımda can verdi"  Sənətçi faciə dolu həyat hekayəsindən danışdı  VİDEO

Tanınmış xanəndə Ülviyyə Sədaqət açıqlaması ilə diqqət çəkib.

Son.az xəbər verir ki, 14 il əvvəl avtomobil qəzası keçirərək, anasını itirən sənətçi qonaq olduğu verilişdə bu barədə danışıb.

"Avtomobili mən idarə edirdim. Anam, qonşumuz da maşında idi. Həmin qəzada 6 nəfər dünyasını dəyişdi. Günah qarşı tərəfdə idi. Təkcə mən qəzadan sağ çıxdım. Komada olmuşdum. Həmin hadisə məni bu sənətdə gerilətdi. Atam, qardaşlarım, sevdiklərim sağ olsunlar, onlara görə yaşayıram. Qəzadır, nə qədər özünü qorusan da olur".

Musa Son.az