Məşhur aktrisa 50 milyonluq toyu tənqid etdi: "Onlar zibil kimidir"


Şou-biznes 30 Haz 2025 19:00:00 64 0

Məşhur aktrisa 50 milyonluq toyu tənqid etdi: "Onlar zibil kimidir"

Məşhur aktrisa Şarliz Teron milyarder Ceff Bezos və jurnalist Loren Sançesin toyunu tənqid edib.

Son.az bu barədə "Page Six" jurnalına istinadən xəbər verir.

Teron 50 milyon dollara başa gələn toy haqqında "Block Party" xeyriyyə tədbirində danışarkən istehza ilə qeyd edib: "Bu qaladakılar Bezosun toyuna dəvət edilməyən yeganə insanlardır". 

Zalda gülüş sədaları yüksələndə isə əlavə edib: "Dəvət almadığınıza görə heç özünüzü pis hiss etməyin. Olsun. Çünki onlar zibil kimidirlər, biz isə mükəmməlik. Dünya sözün əsl mənasında yanarkən (bu şişirtmə deyil) bura gəldiyiniz üçün təşəkkürlər".