İyulun 1də Bakıda 30, bölgələrdə isə 32 dərəcə isti olacaq
Digərləri 30 Haz 2025 12:30:00 93 0
İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Son.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 30-dan iyulun 1-də keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.
Kaynak: milli.az