Bu istiqamətlərdə əlavə qatar reysləri təyin olundu


Digərləri 26 Haz 2025 12:03:00 76 0

Bu istiqamətlərdə əlavə qatar reysləri təyin olundu

ADY 26-29 iyun qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Qurumdan Son.az-a bildirilib ki, artan sərnişin tələbatı nəzərə alınaraq 25 iyunda Bakı-Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla yola düşüb.

Qeyd edilib ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.