Teztez kabus görmək insanı vaxtından tez qocaldır
Digərləri 26 Haz 2025 19:00:00 79 0
Yeni elmi araşdırma tez-tez kabus görən insanların daha tez yaşlandığını və 70 yaşına çatmadan ölüm riskinin üç dəfə artdığını üzə çıxarıb.
Bu haberi de oku: Aeroport yolunda ağıq QƏZA: ölən və yaralananlar var
Son.az xəbər verir ki, bu nəticəyə Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və "Imperial College London"un alimləri gəlib. 19 il ərzində 183 min yetkin və 2 min 429 uşağın məlumatlarının təhlili göstərib ki, kabuslar bədənə ciddi təsir edir. Belə ki, tez-tez kabus görən şəxslərdə hüceyrə bərpası zəifləyir və bu, bioloji qocalmanı sürətləndirir.
Tədqiqatı aparan Dr. Abidemi Otaiku bildirib ki, kabus zamanı beynin "mübarizə və ya qaç" reaksiyası aktivləşir və bu hal bədənin kortizol hormonunu yüksək səviyyədə saxlayır. Bu da orqanizmdə yığılan stressin artmasına, nəticədə isə hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olur.
Alimlər kabusları yalnız psixoloji deyil, həm də cəmiyyət səviyyəsində ciddi sağlamlıq problemi kimi dəyərləndirirlər. Bildirilib ki, ayda bir dəfə belə kabus görən şəxslər bu halı yaşamayanlarla müqayisədə daha erkən yaşlanır və onların ölüm riski də yüksək olur.