Dünyanın ən varlı


Digərləri 26 Haz 2025 19:12:00 80 0

Dünyanın ən varlı

İngilis mediası bu dəfə dünyanın ən varlı ailələrinin siyahısını dərc edib. 

Bu haberi de oku: 4 yaşlı uşaq öldü

Son.az xəbər verir ki, siyahıda ilk sırada Əbu-Dabinin Əl Nahyan ailəsidir. Onlar 305 milyard dollarlıq sərvətlə "Bloomberg"in siyahısında birinci yerdədirlər. Bu sərvət Abu-Dabinin neft gəlirlərindən və müxtəlif sektorlara investisiyalarından əldə edilir.

İkinci yerdə ABŞ-nin Ualton ailəsidir. Onlar 259 milyard dollarlıq sərvətlə pərakəndə nəhəng "Walmart"ın sahibləridir.

Fransada yaşayan "Hermes" ailəsi 150 milyard dollarlıq sərvətlə üçüncü yerdədirlər. Lüks moda markası "Hermes"in sahibləri dünyanın ən məşhur ailələrindəndir.

ABŞ-də yaşayan Mars ailəsi 141 milyard dollarlıq sərvətlə dördüncü yerdədirlər. Onlar şokolad və qənnadı məmulatları şirkəti "Mars Incorporated"in sahibləridir.