2025ci ilin ən yaxşı maşınları seçildi "Mercedes" siyahıda yoxdur
Digərləri 26 Haz 2025 18:42:00 73 0
225 mindən çox britaniyalı sürücü 2025-ci ilin ən yaxşı avtomobilini seçib.
Bu haberi de oku: 4 yaşlı uşaq öldü
Son.az xəbər verir ki, bu seçim Böyük Britaniyanın məşhur avtomobil platforması olan Autotrader tərəfindən keçirilən "Driver's Choice Awards 2025" çərçivəsində baş tutub. Səsvermədə 225 mindən çox sürücü iştirak edib. Bu, mükafatın indiyədək qeydə alınan ən yüksək iştirakçı sayı hesab olunur.
Böyük Britaniyada keçirilən "Autotrader Driver's Choice Awards 2025" səsverməsinin nəticələri açıqlanıb. Kia EV3 modeli 2025-ci ilin "İlin Yeni Avtomobili" seçilib. Həmçinin bu model "Ən yaxşı orta sinif elektrikli avtomobil" kateqoriyasında da qalib olub.
Sürücülər avtomobilləri rahatlıq, dizayn, texnologiya və gündəlik istifadədə göstərdiyi performansa görə qiymətləndiriblər. Müsabiqənin digər qalibləri isə aşağıdakı kimidir:
Ən Yaxşı Ailə Avtomobili - BMW i4
Şəhər üçün Ən Yaxşı Avtomobil - Hyundai IONIQ 5
Ən Dəyərli Yeni Avtomobil - Omoda 5
Uzaq Yola Ən Yaxşı Avtomobil - Renault Scenic E-Tech