Kəlbəcərdə yük maşını AŞDI
Digərləri 26 Haz 2025 10:16:00 74 0
Kəlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu haberi de oku: Daha bir qəbiristanlıq YANDI
Son.az xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb.
Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. O, Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış.
Faktla bağlı araşdırma aparılır.
Kaynak: milli.az