Tramp “Amerikanın səsi”nin bağlanmasını tələb etdi:


Digərləri 26 Haz 2025 11:54:00 62 0

Tramp “Amerikanın səsi”nin bağlanmasını tələb etdi:

ABŞ-in sabiq Prezidenti Donald Tramp "Amerikanın səsi" radiostansiyasını kəskin tənqid edib.

Bu haberi de oku: Dünyanın ən varlı

Son.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazaraq bu media orqanını "demokratların ruporu" və "solçular üçün fəlakət" adlandırıb, onun ləğvini tələb edib:

"Heç bir respublikaçı onu saxlamaq üçün səs verməməlidir. Onu məhv edin!"

Qeyd edək ki, Tramp martın 14-də ABŞ-ın xarici media siyasətinə cavabdeh olan Qlobal Media Agentliyinin fəaliyyətinin azaldılması barədə fərman imzalayıb. Bu qərarla "Amerikanın səsi"nin əməkdaşlarının 85 faizi ixtisar edilib. Ümumilikdə Trampın dövlət aparatını kiçiltmək proqramı çərçivəsində media qurumlarında 1400 nəfər işdən çıxarılıb.

Asya Son.az