Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşları aldatmağa davam edir "Bir dur deyən yoxdur" İDDİA FOTO
Digərləri 25 Haz 2025 13:06:17 72 0
Özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli miqdarda ziyan vurub.
Bu haberi de oku: Ürfan Atakişiyev yüksək vəzifə verildi
Bu barədə Son.az-ın redaksiyasına şikayətlər daxil olub.
Şikayətçinin sözlərinə görə, ümumilikdə 10-12 nəfər zərərçəkmiş adamın olduğu məlumdur.
"Tək məndən 1025 manat pul alıb, digər şəxslərdən alınan vəsait isə daha böyükdür. 12 min manat, 7 min manat və s. Araşdırmalardan sonra müəyyənləşdirdik ki, Səbiyyə Panəliyeva heç vəkil də deyilmiş. Zərərçəkmişlərin bir hissəsi rəsmi şəkildə də şikayət ediblər. Mənim bank problemlərim var idi hüquqi yardıma ehtiyacım oldu, "İnstagram" sosial şəbəkəsində "bhkm_huquq_merkezi" adlı səhifə qarşıma çıxdı, onlara müraciət etdim. 1025 manat pulumu alsa da, faktiki heç bir iş görmədi. Hər yerə şikayət etmişik, bir dur deyən yoxdur, yenə də vətəndaşları aldatmağa davam edir".
Digər bir şikayətçi isə Səbiyyə Panəliyeva tərəfindən 3100 manat aldadıldığını bildirir.
"Bizə viza lazım idi, bunun üçün Səbiyyə Panəliyeva müraciət etdik. 3100 manat da ödəniş etdik, lakin sonradan aldadıldığımızı anladıq, hazırda isə bir çox yerlərə şikayət etmişik. Pulumuzu ala bilmirik".