Bakıda yolu bağlayıb namaz qıldılar, sakinlər etiraz etdi “Dua edirlər, amma biz işə gecikirik”
Digərləri 23 Haz 2025 11:00:00 68 0
İbadətlə məşğul olan insanlar həftənin cümə günləri məscidlərdə bir araya gəlib dua edib, namaz qılırlar. Ancaq bəzi insanlar namazı elə yerdə qılırlar ki, bu da əksər insanların narazılığına səbəb olur. Nərimanov rayonunda yerləşən Cümə məscidinin sakinləri tərəfindən yolun bağlanaraq namaz qılınmasının görüntüləri sosial şəbəkələrdə yayılıb.
Bu haberi de oku: Azərbaycanda radiasiya təhlükəsi var? – AÇIQLAMA
Bəs burda ibadət edənlərin yolu bağlayaraq başqalarına maneə olması nə dərəcədə düzgündür?
Son.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yol bağlanır, bu da digər insanlar üçün problem yaradır:
"Nəzərə alınmalıdır ki, kimisə narahat etməsinlər. Maşında xəstəsi olan ola bilər və ya hansısa fövqəladə hal baş verə bilər ki, orda 2-3 dəqiqə də önəmlidir. Belə deyək ki, həmin insan gedib vaxtında çatmalıdır".
Kaynak: milli.az