Bakıda məşhur mebel mağazasında yanğın İşçilər təxliyə edildi
Digərləri 21 Haz 2025 16:01:00 57 0
Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "İstikbal" mebel mağazasında yanğın başlayıb.
Bu haberi de oku: İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, yanğın səbəbilə mağazanın və yaxınlıqdakı ofislərin əməkdaşları təxliyə edilib.
Yanğının mağazanın deposunda baş verdiyi, xeyli bahalı mebellərin yandığı bildirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.
***
Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Kaynak: milli.az