Çimərliyə gedənlərə xəbərdarlıq


Digərləri 21 Haz 2025 10:48:00 91 0

Çimərliyə gedənlərə xəbərdarlıq

Çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Yay fəslinin gəlişi və havaların isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

Çimərliklərdə nələr qadağandır?

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:

- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;