Bu gecə metro 2yə kimi işləyəcək
Digərləri 21 Haz 2025 10:00:00 90 0
Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq.
Bu haberi de oku: İstirahət gününün hava proqnozu açıqlandı
İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night" tədbiri ilə əlaqədar olaraq Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə saat 20:00-dan 00:00-dək davam edəcək tədbirə uyğun olaraq metronun iş vaxtı iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq.
Sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək üçün bütün stansiyaların girişləri saat 00:00-dan 02:00-dək açıq qalacaq. Eyni zamanda, Bakı Kristal Zalına yaxın olan "Sahil" və "İçərişəhər" stansiyalarında əlavə təhlükəsizlik tədbirləri görüləcək.