Bu şəxslər Şimali Makedoniyaya vizasız gedə biləcək


Digərləri 21 Haz 2025 12:12:00 81 0

Bu şəxslər Şimali Makedoniyaya vizasız gedə biləcək

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri üçün vizasız rejim tətbiq olunacaq.

Bu barədə qanun layihəsi Milli Məclisdə müzakirə edilərək birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında 2025-ci il 12 martda Bakı şəhərində imzalanmış sazişə əsaslanır.

Sazişə görə hər iki ölkənin diplomatik və xidməti/rəsmi pasportuna malik şəxslər qarşılıqlı olaraq viza almadan 180 gün müddətində ən çox 90 gün qalmaq şərti ilə digər ölkənin ərazisinə daxil ola, tranzit keçə və orada qala bilərlər.

Bu, iki ölkə arasında rəsmi şəxslərin səfərlərini asanlaşdırmaq məqsədini daşıyır.