Bakıda su təchizatı tam bərpa edilib? AÇIQLAMA
Digərləri 21 Haz 2025 13:50:00 63 0
Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəzi ərazilərdə hələ də su təchizatında yaranan problem tam aradan qaldırılmayıb.
Bu haberi de oku: Ürəkdamar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
Bəs, görəsən, suyun verilməsi əvvəlki rejimlə nə vaxt tam bərpa olunacaq?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri başa çatıb.
Qeyd edilir ki, kəmər vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır.
"Xəttə aparılan təmir işləri ərzində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra edilir. Hazırda bir çox ünvanlara əvvəlki rejimlə suyun verilməsi bərpa edilib. Digər abonentlərə də suyun ötürülməsi mərhələli şəkildə həyata keçirilir", - qurumdan əlavə olunub.