"Apple" Trampın bu tələbinə qarşı çıxdı
Digərləri 21 Haz 2025 12:24:00 64 0
Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Apple"ın istehsal strategiyasında iştirakını genişləndirəcək. Şirkət ilk dəfə olaraq "iPhone" üçün metal korpusların istehsalına başlayacaq.
Bu haberi de oku: Dənizaşırı ərazilərdə internetə məhdudiyyət, Fransa ilə müqayisədə zəif sürət, yüksək qiymət – BTQNİN ARAŞDIRMASI
Son.az xəbər verir ki, "The Economic Times"ın məlumatına görə, bu addım "iPhone"un istehsalında yerli əlavə dəyəri yalnız azca artıracaq - korpus material dəyərinin cəmi 2-3%-ni təşkil edir. Sənaye analitikləri bildirir ki, "Foxconn"un Hindistanda əlavə dəyəri ümumilikdə 10%-dən çox olmayacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl "iPhone"un ABŞ-da istehsal olunmasını tələb etmiş, əks halda "Apple"ın baş direktoru Tim Kukun ən azı 25% tariflərlə üzləşəcəyini bildirmişdi.