525 saylı avtobuslar bu tarixdən dəyişiləcək ŞAD XƏBƏR
Digərləri 21 Haz 2025 10:12:00 66 0
Bakının qəsəbələrində fəaliyyət göstərən avtobusların bəziləri istismara yararsızdır. Ötən gün Masazır qəsəbəsində fəaliyyət göstərən avtobusda da təhlükəli vəziyyət yaranıb.
Bu haberi de oku: Ürəkdamar xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlandı
Bəs yararsız avtobuslar nə vaxt dəyişdiriləcək?
Son.az xəbər verir ki, 525 nömrəli avtobusun sərnişinlərinin sözlərinə görə, avtobuslar yay aylarında daha pis haldadır:
"Avtobuslar çox istidir, kondisioner yoxdur. Oturacaqlar da köhnəlib, camaat əziyyət çəkir".
Məsələ ilə bağlı dispetçer Ramil Hacıağayev bildirib ki, avtobuslar alınaraq yenilənir. Ayın 1-dək avtobuslar dəyişiləcək. Sadəcə yollar pis gündədir, avtobuslar xəttə buraxılmasına görə çətinliklər var.
Avtobusların yaxın zamanda yenilənəcəyini AYNA da təsdiqləyib.
Aysel Əkbər Son.az