“WhatsApp”da reklamlar dövrü başlayır dəyişiklik kimlərə təsir edəcək?
Digərləri 19 Haz 2025 17:24:00 88 0
"WhatsApp"da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq olunmağa başlayır.
Bu haberi de oku: Azərbaycanın neft ixrac etdiyi ölkələr Siyahı
Milli.az-ın məlumatına görə, "Meta" şirkəti bu yeniliyin yalnız "Yeniləmələr" bölməsində görüləcəyini açıqlayıb. Şəxsi mesajlaşma, zənglər və çatlar reklamdan tamamilə kənarda qalacaq.
Reklamlar əsasən kanallarla əlaqəli olacaq sevdiyiniz kanalları önə çıxarmaq və onlara abunə olmağı təşviq edən məzmunlar görünəcək. Eyni zamanda Status bölməsində də sponsorlu paylaşımlar yer ala bilər.
"WhatsApp" bildirir ki, bu dəyişiklik platformada olan 1,5 milyarddan çox aktiv istifadəçiyə təsir edə bilər. Amma yalnız "Yeniləmələr" bölməsini aktiv istifadə edənlər bu reklamları görəcək. Sadəcə mesajlaşanlar üçün heç nə dəyişməyəcək.
Ən çox narahatlıq doğuran məsələ isə məxfiliyin qorunmasıdır. "WhatsApp" açıq şəkildə bildirir ki, şəxsi məlumatlar, mesajlar, zənglər, məkan paylaşmaları və kontaktlar reklam hədəflənməsi üçün istifadə olunmayacaq.