Bakı səmasında naməlum obyekt göründü "Sirr" açıldı – VİDEO
Digərləri 19 Haz 2025 16:36:00 64 0
Bu gecə Bakı səmasında görünən naməlum uçan obyektlər paytaxt sakinləri arasında təşviş yaradıb.
Bu haberi de oku: Azərbaycanın neft ixrac etdiyi ölkələr Siyahı
Son.az xəbər verir ki, BAKU.WS-in "qaynar xətti"nə paytaxtın müxtəlif ərazilərindən göndərilən videolarda göydə qəribə formalı işıq zolağı müşahidə olunub.
Görüntülərdə obyektin bir neçə saniyə ərzində səmada parlaq şəkildə göründüyü, daha sonra isə yoxa çıxdığı qeyd olunub.
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov açıqlama verib. O bildirib ki, həmin görüntülər İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinə məxsus "Starlink" peykləridir.
""Starlink" peykləri qrup halında buraxılır. 18 iyun tarixində də belə bir buraxılış həyata keçirilib. Sakinlərin səmada gördüyü obyektlər məhz həmin peyklərdir", - deyə alim bildirib.