800 manat maaş alır, 944 manat aliment ödəyir ŞİKAYƏT


Digərləri 19 Haz 2025 12:50:00 74 0

800 manat maaş alır, 944 manat aliment ödəyir  ŞİKAYƏT

Artıq 7 ildir ki, iki övladı üçün aliment ödəyən Nağıb Bədəlov sonuncu qərarla ödəməli olduğu alimentin məbləği ilə razılaşmır. Onun sözlərinə görə, maaşı 800 manat olsa da, ödəməli olduğu aliment 944 manatdır. Bu da rəsmi gəlirindən 144 manat çoxdur. Həmçinin, onun özünün tələbatları nəzərə alınmayıb. 

Bəs aliment hansı meyarlar əsasında hesablanır? 

Son.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Rəşad Əliyev açıqlama verib.

O bildirib ki, aliment iki qaydada hesablanır:

"Birinci üsul sabit pul yəni aylıq qazancın müəyyən hissəsi nəzərdə tutulur. Burda bir uşağa görə aylıq qazancın dörddə biri, 2 uşağa görə üçdə biri, 3 və daha çox uşağa görə isə aylıq qazancın yarısı nəzərdə tutulur. Əgər aylıq qazanc yoxdursa, aliment bu halda sabit pul məbləğində müəyyən olunur".