Bakıda "qırmızı"da keçən sürücü ana və övladına dəhşət yaşatdı
Digərləri 19 Haz 2025 11:06:00 69 0
Dünən saat 16 radələrində paytaxtın Nəsimi rayonunda - Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib.
Bu haberi de oku: Ərdoğan “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım etdi
Son.az xəbər verir ki, gəldiyi sürətlə işıqforun qırmızı işığında yolu keçən "Daewoo Gentra" markalı avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb.
Daha sonra isə qaydalara əməl edib piyada zolağından istifadə edən iki piyadadan birini vurub. Digər piyada isə qəzadan son anda xilas ola bilib. Onların ana-bala olduğu bildirilir.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi baş verən bu kimi hadisələrlə bağlı sürücülərə müraciət edib: "Bu istiqamətdə təbliğat və maarifləndirmə işləri aparılmasına baxmayaraq, təəssüflər olsun ki, bəzi sürücülər məsuliyyətsizlik edib bir neçə saniyə irəli düşməkdən ötrü başqalarının həyatını təhlükə altında qoyurlar.