Binanın damında hovuz tikdi Bakıda qeyriadi hadisə
Digərləri 19 Haz 2025 11:35:00 79 0
Bakının Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damında qanunsuz tikinti və hovuz inşa edildiyi müəyyən edilib.
Bu haberi de oku: İki rayona prokuror təyin olundu
Son.az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb. Araşdırmalar nəticəsində dam örtüyündə qanunsuz şəkildə aparılmış tikililərin binanın ümumi konstruksiyasına ciddi təhlükə yaratdığı məlum olub.
İcra Hakimiyyətinin müdaxiləsindən sonra sözügedən qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik və texniki nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, belə hallarda qanunvericiliyə əsasən, yaşayış binalarının dam örtüyündə hər hansı tikinti və ya qurğu yalnız müvafiq icazə və layihə əsasında həyata keçirilə bilər.