Sumqayıtda fabrik YANIR
Digərləri 19 Haz 2025 11:52:00 77 0
Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.
Bu haberi de oku: Sabah 31° isti olacaq
Son.az xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan fabrikdə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.
Kaynak: milli.az