Avtomobilin salonunda ideal təmizlik yaratmaq üçün sadə ÜSULLAR
Digərləri 18 Haz 2025 03:03:00 82 0
Avtomobil salonunda təmizlik - bu, təkcə rahatlıq deyil, həm də hər səfərdə xoş atmosfer yaradır.
Bu haberi de oku: BQXKnın Azərbaycandakı Nümayəndəliyi fəaliyyətini dayandıracaq
Son.az xarici mediaya istinadla bildirir ki, üstəlik, bunun üçün mütləq peşəkar yuyucu servislərə böyük məbləğlər xərcləməyə ehtiyac yoxdur.
Sadə və əlçatan üsullarla avtomobil salonunu necə təmiz saxlamaq olar?
Corab və stəkan - stəkan tutacağının təmizliyi üçün orijinal üsul Stəkan tutacaqlarında daim xırda toz və zibillər toplanır. Onları təmizləmək üçün sadəcə stəkan götürün, üzərinə nəm corab geyindirin və stəkan tutacağında bir neçə dəfə fırladın. Çirk dərhal yox olacaq.
Havalandırma qəfəsləri və çətin çatılan yerlər üçün diş fırçası
Köhnə diş fırçası havalandırma qəfəslərini, oturacaq tikişlərini və digər xırda detalların arasını təmizləmək üçün idealdır. Üzərinə bir az təmizləyici vasitə əlavə edin - nəticə sizi sevindirəcək.
Qoxulara qarşı soda