Türk filmlərinin ulduzu vəfat etdi FOTO
Şou-biznes 11 Haz 2025 11:14:00 101 0
Türk kinosunun sevilən simalarından biri, "Yumurcak" filmlərindəki Çitlenbik obrazı ilə tanınan İhsan Küçüktepe vəfat edib.
Bu haberi de oku: “Yaxşı arvadın əri gəzməz” Ofeliya Şabanova
Milil.Az xəbər verir ki, 63 yaşlı aktyorun ölüm xəbəri "Film-San" tərəfindən sosial mediada paylaşılıb:
"Aktyor İhsan Küçüktepeyə (Çitlenbik) Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə başsağlığı veririk" .
Qeyd edək ki, Afrika əsilli türk aktyor İhsan Küçüktəpə 1970-ci illərdə "Yumurcak" serialında canlandırdığı Çitlenbik obrazı ilə böyük populyarlıq qazanmışdı. Küçə uşağını canlandırdığı bu obraz həm səmimiyyəti, həm də sədaqəti ilə tamaşaçıların qəlbini fəth etmişdi.