Tolik həbs olunacaq?
Şou-biznes 12 Haz 2025 23:10:00 97 0
Bir neçə gündür ki, sosial şəbəkələrin əsas gündəm mövzusu "Tolik" ləqəbi ilə tanınan prodüser Tarix Əliyevin səsləndirdiyi fikirlərlə bağlıdır.
Bu haberi de oku: Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edibmiş
Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, Tarix Əliyev tiktok sosial şəbəkəsində qoşulduğu müzakirələrin birində həbsdə olan şəxslərin ailə üzvlərini təhqir edib.Bununla bağlı sosial mediada video da yayılıb.Yayılan videoda müzakirə fonunda qeyri-etik ifadələrin işlədildiyi görünür.Ancaq sözügedən ifadələrin müəyyən qrup insanların müzakirəsi zamanı işlədildiyi aydın olur.
Bəs sosial şəbəkələrdə,kütlə önündə qeyri-etik ifadələrdən istifadə,açıq söyüş şəklində müəyyən qrup insanların təhqir olunması hansı məsuliyyətə səbəb ola bilər?
Mövzu ilə bağlı Oxu24.com saytına danışan vəkil Şəms Mirzəyeva bildirib ki, təhqir cinayət məsuliyyəti yaradır.
"Son dövrlərdə sosial şəbəkələrdə aparıcılar, bloggerlər və ya ictimai fiqurlar tərəfindən sərt və etik çərçivəni aşan ifadələrə tez-tez rast gəlinir. Sosial şəbəkələrdə ümumi kütlənin, xüsusilə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin təhqiri yalnız əxlaqi deyil, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən hər bir şəxsin şərəf və ləyaqəti toxunulmaz hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, hər bir fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər.