Daha bir məşhur cütlük ayrıldı
Şou-biznes 13 Haz 2025 04:04:00 87 0
Amerikalı aktrisa Dakota Conson və məşhur "Coldplay" qrupunun solisti Kris Martin səkkiz illik münasibətlərinə son qoyublar.
Bu haberi de oku: Estetik əməliyyatlarına 300 min dollar xərc çəkib
Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, onlar şəxsi həyatları barədə rəsmi açıqlama verməsələr də, mənbələr ayrılığın mümkün səbəblərini artıq açıqlayıblar.
"Page Six" nəşrinin yazdığına görə, cütlüyün yollarını ayırmasına bir neçə amil təsir edə bilər: Krisin ailə qurmaqda tələsməməsi, ümumiyyətlə, birgə övlad sahibi olmaq istəməməsi və aralarındakı yaş fərqi münasibətlərə mane olub.
Mənbə bildirib ki, Dakota gələcəkdə uşaq sahibi olmağı düşünə biləcəyini deyib, lakin Kris bu mərhələni artıq geridə qoyduğunu bildirib. Xatırladaq ki, Kris Martin daha əvvəl aktrisa Qvinet Peltrovla olan münasibətindən iki övlad sahibidir.