“Yaxşı arvadın əri gəzməz” Ofeliya Şabanova
Şou-biznes 12 Haz 2025 21:10:00 86 0
Müğənni Ofeliya Şabanova ailə həyatına dair açıqlaması ilə gündəmə gəlib.
Bu haberi de oku: "Məni Azərbaycana qayıtmağa o, qoymadı"
Son.az "Yenisabah.az"a istinadən xəbər verir ki, o, sosial şəbəkələrdə yayılan çıxışında həyat yoldaşının ona heç vaxt xəyanət etmədiyini bildirib və bunu "yaxşı arvad" olması ilə əlaqələndirib.
"Bu mənim səhvim idisə, mən bu səhvimi düzəltməli idim. Çünki mənim yoldaşım məni çox sevir, o, mənim müqəddəsimdir. Yaxşı arvadın əri gəzməz! Mən yaxşı arvad olmuşam, ona görə də yoldaşım mənə heç vaxt xəyanət etməyib. Heç vaxt da etməz", - deyə müğənni vurğulayıb.
Ofeliya Şabanova bəzi qadınlara da səslənib: "Xanımların bəzilərinə deyirəm, yaxşı arvad olun ki, əriniz gəzməsin. Bu mənim imzamdır. Paxıllar bilirsiniz niyə yas tuturlar? "Ofeliyanın ailəsi niyə dağılmadı? Nə oldu bəs Ofeliya deyirdi, yaxşı arvadın əri gəzməz?" deyə. Bəli, yaxşı arvadam, ona görə də kişi mənə xəyanət etmədi!".
Şabanovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.