Avstriyada orta məktəbə silahlı hücum:


Dünya 10 Haz 2025 13:38:00 159 0

Avstriyada orta məktəbə silahlı hücum:

Avstriyanın cənubunda yerləşən Qrats şəhərində orta məktəbdə silahlı hücum baş verib.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində ən azı 8 nəfər həyatını itirib, bir çox insan isə yaralanıb.

Hadisənin qurbanları arasında şagirdlər və müəllimlərin də olduğu bildirilir.

Avstriya mediasının verdiyi xəbərə görə, hücumu törədən şəxs də məktəbli olub.

Polis hadisə ilə bağlı genişmiqyaslı istintaqa başlayıb.

Hüseyn Son.az