Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq


Dünya 01 Tem 2025 21:04:00 86 0

Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq

Danimarka parlamentinin iyunun 11-də qəbul etdiyi qanuna əsasən, bu gündən etibarən yaşı 18-dən yuxarı olan bütün qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq və püşkatma sisteminə daxil ediləcək. 

Son.az-ın xarici mediaya istinadla xəbərinə görə, Danimarkada qanunda edilən dəyişiklik qüvvəyə mindikdən sonra, qadınlar da 18 yaşına çatdıqda 11 ay müddətində hərbi xidmətə çağırıla bilərlər.

Yeni qanuna əsasən, Danimarka parlamenti qadınların da kişilər kimi lotereya sistemi ilə hərbi xidmətə seçilməsini nəzərdə tutan qaydaları qəbul edib. Bu sistemə əsasən, bütün gənclər - həm oğlanlar, həm də qızlar - hərbi xidmətə cəlb oluna bilər.

Bu dəyişiklik Avropada artan təhlükəsizlik narahatlıqları fonunda NATO ölkələrinin müdafiə xərclərini artırması ilə əlaqədar həyata keçirilib.