SanktPeterburqda terror aktının qarşısı belə alındı FOTO


Dünya 03 Tem 2025 12:11:00 72 0

SanktPeterburqda terror aktının qarşısı belə alındı  FOTO

Sankt-Peterburqda müdafiə müəssisəsinin əməkdaşına qarşı terror aktının qarşısı alınıb.

Son.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən yayılan məlumata görə, 2002-ci il təvəllüdlü qız təhlükəsizlik əməkdaşının avtomobilinin altına partlayıcı qurğu yerləşdirərkən saxlanılıb.

FSB bildirir ki, saxlanılan şəxs Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə hərəkət edib.

Onun daha əvvəl də qeyri-qanuni fəaliyyətlərlə məşğul olduğu məlum olub - o, Moskva vilayətində ictimai yerlərdə Ukraynanı dəstəkləyən yazılar yazıb və dəmir yolu infrastrukturunu yandırmağa cəhd edib.

Saxlanılan şəxs barəsində terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Fidan Son.az