"Biz Putini ondan daha yaxşı tanıyırıq"
Dünya 09 Haz 2025 18:18:00 74 0
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin rəsmi şəxsləri Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evin sahibi Donald Trampdan daha yaxşı tanıyırlar.
Bu haberi de oku: “ƏşŞarq əlAvsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir
Son.az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bunu ABC telekanalına müsahibəsində bildirib.
O deyib: "Prezident Trampa bütün ehtiramıma baxmayaraq, düşünürəm ki, bu (Rusiyanın sülhə hazır olması - red.), yalnız onun şəxsi fikridir. İnanın ki, biz rusları, onların mentalitetini amerikalılardan daha yaxşı başa düşürük".
Ukrayna prezidentinin fikrincə, Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil.
Kaynak: milli.az