“ƏşŞarq əlAvsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir


Dünya 09 Haz 2025 14:13:00 96 0

“ƏşŞarq əlAvsət”: Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə investisiya fondu yaratmaq istəyir

Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir.

Bu haberi de oku: Bu şəhərdə sakinlərə

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan "əş-Şarq əl-Avsət" qəzetinə müsahibəsində yer alıb.

Cari ilin aprel ayında ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclasının keçirildiyini bildirən səfir, bu iclasın nəticələrinin reallaşdırılması ilə daha çox faydalı əməkdaşlığın gözləndiyini vurğulayıb. Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih və Azərbaycan Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə keçən həmin iclasda enerji, nəqliyyat, logistika və su resursları sahələrində əməkdaşlıqla bağlı bir neçə Anlaşma Memorandumu imzalanıb, həmçinin Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 6-cı iclasının tövsiyələri qəbul edilib.

Müsahibədə, həmçinin qeyd olunur ki, son illərdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında, xüsusilə iqtisadiyyat, investisiya, enerji, turizm və mədəniyyət sahələrində əlaqələrdə nəzərəçarpan inkişaf müşahidə olunur. Bildirilir ki, Səudiyyə Ərəbistanının "Aqua Power" şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsindəki ən önəmli investorlardan biridir.

Eyni zamanda, müsahibədə xatırladılır ki, ötən il Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP 29) əsnasında bərpaolunan enerjinin inkişafı və ötürülməsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədilə birgə icra proqramı imzalanıb. İmzalanma mərasimində Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

Bundan başqa, yazıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürülüb.

Eyni zamanda, müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulanır və Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.