ABŞnin Yaponiyadakı aviabazasında PARTLAYIŞ


Dünya 09 Haz 2025 09:50:00 104 0

ABŞnin Yaponiyadakı aviabazasında PARTLAYIŞ

Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən "Kadena" aviabazasında partlayış baş verib.

Son.az xəbər verir ki, insident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb.

Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir.

NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi hələ dəqiqləşdirilməyib.