Günəşdə son illərin ən böyük partlayışı oldu
Dünya 09 Haz 2025 10:05:00 76 0
Bazar günü Günəşin cənub qütbü yaxınlığında müstəsna dərəcədə böyük plazma partlayışı qeydə alınıb.
Bu haberi de oku: "Biz Putini ondan daha yaxşı tanıyırıq"
Milli.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.
Bildirilir ki, nadir ölçüdə və sıxlıqda olan bulud Günəşin Yerə uzaq tərəfində əmələ gəlib. Bu səbəbdən də bulud Yerdən görünmür.
Alimlərin fikrincə, bu, Günəşdə son illərdə qeydə alınan ən böyük partlayışlardan biridir.
Plazmanın trayektoriyası hələ də dəqiqləşdirilir. Lakin mütəxəssislərin fikrincə, o, Yerdən fərqli tərəfə istiqamətlənib və yəqin ki, planetimiz üçün təhlükə yaratmır.