DSXnin hərbi qulluqçusu xəstəxanada öldü


Digərləri 08 Haz 2025 11:54:00 81 0

DSXnin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Bu barədə Son.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Allah rəhmət eləsin!