"Özü kimi fırıldaqçını dəstəkləyir"
Digərləri 08 Haz 2025 12:38:00 87 0
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyanın Bütün Ermənilərin Katolikosu II Qareginə hökumətlə gərginlik fonunda dəstəyini şərh edib.
Bu haberi de oku: Ən uğurlu insanlar bu tarixlərdə doğulur
Son.az xəbər verir ki, Paşinyan müvafiq paylaşımı öz teleqram kanalında edib.
"Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması təcrübəsinin banisidir və o, əlbəttə ki, özü kimi populist-fırıldaqçı və dələduzu dəstəkləməlidir", - o yazıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan II Qareginlə görüşüb və ona dəstəyini ifadə edib, eyni zamanda "Ermənistan hakimiyyətinin 1700 illik kilsəyə qarşı antikonstitusion qəsdlərini" pisləyib.
May ayının sonunda Paşinyan və həyat yoldaşı Anna Akopyan feysbuk səhifələrində Erməni Apostol Kilsəsinin (EAK) nümayəndələrinə qarşı kəskin təhqiramiz bəyanatlarla çıxış ediblər. /"Report"