Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?


Digərləri 08 Haz 2025 20:20:00 87 0

Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib.

Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də əhalinin şəxsi ev tikintisinə marağı tikinti bazarında aktivliyi artırıb. Bu proses isə birbaşa olaraq inşaat materiallarına olan tələbat və onların qiymətlərinə təsir göstərir. 2025-ci ilin ilk yarısına nəzər saldıqda, inşaat materiallarının qiymətlərində müxtəlif istiqamətlərdə dəyişikliklərin baş verdiyi müşahidə olunur.

Azərbaycan Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.

Nəzər salsaq görərik ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.

Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir.

Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton Sex istehsalı armaturlar: 800-900 AZN/ton Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir.

Taxta məhsullar, xüsusən rütubətli və quru taxtalar, tikintidə geniş istifadə olunur. Qiymətlərdə bahalaşma mövcuddur: