Dolların kursu dəyişəcək?
Digərləri 08 Haz 2025 22:41:00 81 0
2025-ci ilin əvvəlindən bəri dünya bazarlarında neft qiymətləri eniş tendensiyası göstərir. May ayının əvvəlindən etibarən Brent markalı neftin qiyməti ardıcıl olaraq aşağı düşür və hazırda 66 dollar səviyyəsinə qədər geriləyib.
Bu haberi de oku: Günün qoroskopu: Özünü və yaxınlarını unutma
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsi hazırlanarkən İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən neftin bir barelinin qiyməti 70 dollar səviyyəsində götürülüb və ÜDM-də 3.5 faiz artım nəzərdə tutulub. Lakin reallıqda neftin aylardır bu proqnoz qiymətinin altında satılması bir sıra suallar doğurur. Bu durum xüsusilə Azərbaycanın valyuta sabitliyi və milli pul vahidi olan manatın məzənnəsinə mümkün təsirləri baxımından narahatlıq yaradıb.
Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli açıqlamasında bildirib ki, manatın məzənnəsi bazar prinsiplərinə görə deyil, hökumətin qərarları və maliyyə resurslarının imkanları çərçivəsində tənzimlənir:
"2024-cü ildə neftin orta qiyməti 80 dollar civarında olub ki, bu da hökumətin gəlirlərinin sabit qalmasına şərait yaradıb. Ötən il bu sabit gəlirlər sayəsində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarında heç bir azalma baş vermədi. Bu da göstərir ki, hökumət kursu sabit saxlamaq üçün kifayət qədər imkanlara malikdir".