8 dəqiqə ölmüşdü elə şeylər
Digərləri 08 Haz 2025 12:25:00 81 0
33 yaşlı amerikalı Brianna Laferti səkkiz dəqiqə ərzində öldüyünə inanır. O hesab edir ki, bu təcrübə ona bir sıra vacib məsələləri dərk etməyə kömək edib.
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Jurnalistlər qadının uzun müddət ağır nevroloji xəstəliklə mübarizə apardığını və bir anda huşunu itirdiyini, 8 dəqiqə ərzində kliniki ölüm vəziyyətində olduğunu açıqlayıblar.
Qadın özü isə deyir ki, bu vəziyyətinə baxmayaraq, şüuru "onunla birlikdə ölməyib".
"Ölüm bir illüziyadır, çünki ruhumuz heç vaxt ölmür. Şüurumuz canlı olaraq qalır, sadəcə olaraq mahiyyətimiz transformasiya olunur. Mən öz insan kimliyimi görmürdüm və ya xatırlamırdım. Mən tamamilə hərəkətsiz idim, lakin özümü tamamilə canlı, şüurlu və əvvəlkindən daha yaxşı hiss edirdim", - xanım Laferti bildirib.
O, hazır olub-olmadığını soruşan bir səs eşidib, sonra hər tərəf qaralıb. Bu an ona elə gəlib ki, ruhu cansız bədəninin üzərinə qalxıb və zamanın ölçüsü olmayan bir dünyaya qədəm qoyub.