Bu şəxslər qurban kəsə bilməz AÇIQLAMA


Digərləri 06 Haz 2025 12:44:00 82 0

Bu şəxslər qurban kəsə bilməz  AÇIQLAMA

Artıq sabah Azərbaycanda və bütün müsəlman ölkələrində Qurban bayramı qeyd ediləcək. Bəs, kimlərə qurban kəsmək olmaz? Hansı şərtlərə əməl olunmalıdır? 

Son.az xəbər verir ki, mövzu ilə bağlı manset.az-a danışan İlahiyyatçı Fazil Əhməd bildirib ki, İslam dinində qurban kəsmək müəyyən şərtlərlə yerinə yetirilir və hər kəsin bu ibadəti yerinə yetirməsi düzgün hesab edilmir:

"Qurban kəsmək müsəlmanlara xas olan bir ibadət olduğu üçün, həm qurban kəsən, həm də qurban kəsdirən şəxsin müsəlman olması vacibdir. Qeyri-müsəlman şəxsin qurban kəsməsi və ya kəsdirməsi İslam qaydalarına uyğun sayılmır.

Qurban kəsən şəxs İslamın bu ibadətinə hörmətlə yanaşmalı, onun mənəvi və dini məzmununu dərk etməlidir. Yəni, hər istənilən şəxs qurban kəsə və ya kəsdirə bilməz. Qurban kəsən şəxs həm müsəlman olmalı, həm də bu ibadətin şərtlərini bilməlidir. Əgər özü bu qaydaları bilmirsə, bu sahədə bilgili bir şəxsdən yardım almalıdır".

İlahiyyatçı qeyd edib ki, qurban kəsən şəxsin müəyyən yaş həddinə çatmış olması da vacib şərtlərdən biridir:

"Şəriətə görə, qurban kəsən şəxs yaxşı ilə pisi ayırd edə biləcək yaşda, yəni yetkinlik yaşına çatmış olmalıdır. Uşaqlar və ağlı başında olmayan şəxslər (məsələn, ruhi xəstəlikdən əziyyət çəkənlər) bu ibadəti yerinə yetirə bilməzlər.