Cəlilabadda nə baş verir?


Digərləri 05 Haz 2025 11:21:00 107 0

Cəlilabadda nə baş verir?

Cəlilabad rayonunun Sərhədabad kəndində noxud əkini ilə məşğul olan fermerlər ciddi məhsul itkisi ilə qarşılaşıblar.

Son.az xəbər verir ki, kənddə hektarlarla sahə yanaraq istifadəyə yararsız hala düşüb.

Fermer Tahir Əhmədovun sözlərinə görə, aqrotexniki tələblərə uyğun şəkildə becərdiyi iki hektar noxud sahəsi yanaraq tamamilə məhv olub:

"İki hektar sahəyə noxud əkmişdim. Torpaq vaxtında şumlanıb, dərmanlama işləri düzgün aparılmışdı. Müxtəlif dərmanlardan istifadə etsək də, nəticəsi olmadı. Bütün məhsul yanıb külə döndü. Bu vəziyyətlə təkcə mən qarşılaşmamışam, kənddə demək olar ki, bütün noxud sahələri yanıb" - deyə fermer bildirib.

Məsələ ilə bağlı Cəlilabad DAİM-in bitkiçilik sektorunun əməkdaşı Hafiz Kərimov bildirib ki, yay aylarının yağmurlu keçməsi noxud sahələrinə mənfi təsir göstərib: