Aqşin Fatehdən Gülüstan Əliyevaya sərt sözlər "Bunu sizin xanımlığınıza yaraşdırmadım. Ayıb olsun"
Şou-biznes 03 Haz 2025 06:35:00 97 0
Əməkdar artist Gülüstan Əliyeva "Rəngarəng" verilişinə telefon zəngi ilə qoşularaq meyxanaçılar Aqşin Fatehlə İfrat Dünyamalıyevin oxuduqları mahnıya münasibət bildirib.
Bu haberi de oku: ABŞdə yaşayan azərbaycanlı aparıcı ana olacaq FOTO
Son.az xəbər verir ki, meyxanaçıların həmin mahnını "əsər" adlandırması G.Əliyeva tərəfindən birmənalı qarşılanmayıb və tərəflər arasında gərginlik yaranıb.
"Onlarla heç bir şəxsi-qərəzliyim yoxdur. Amma hər şeyin öz adı var. Onlara "əsər" deyirlərsə, bəs əsərlərə nə deyək? Fateh tipdə oxuyanlar sosial şəbəklərdə böyük-böyük danışırlar. Ayıbdır. Əsər deyil, sadəcə olaraq bir mahnıdır oxuyurlar, çörəklərini qazanırlar, gedir. Haraya gəldi baş qoşmayın "deyə, sənətçi bildirib.
A.Fateh onun sözünü kəsib:
"Gülüstan xanım, bu verilişə reytinq tutmaq üçün zəng vurmusunuz? Sizə müğənni, sənətçi və bir xanım kimi hörmətimiz var. Qaldı ki, mənim sənətimə, əsərimə qiymət verməyiniz üçün siz söz xiridarı olmalısınız. Bu verilişə niyə zəng vurmusunuz? (mikrofonu söndürülür)...".