“Avtolüks Azərbaycan” MMC Jeep həvəskarları üçün xüsusi bir tədbir təşkil etdi


Digərləri 02 Haz 2025 11:32:00 108 0

“Avtolüks Azərbaycan” MMC Jeep həvəskarları üçün xüsusi bir tədbir təşkil etdi

31 may tarixində avtomobil dünyasının əfsanəvi brendi Jeep-in həvəskarları üçün fərqli və unudulmaz bir axşam təşkil olundu. "Avtolüks Azərbaycan" MMC tərəfindən təşkil olunan "Jeep Cinema" tədbiri açıq hava şəraitində, unikal kino təcrübəsi ilə qonaqları bir araya gətirdi.

Tədbir iştirakçıları Jeep-in güclü və eyni zamanda komfortlu ruhunu əks etdirən xüsusi kinofilmi izləməklə yanaşı, brendin müxtəlif modelləri ilə əyani tanış olmaq imkanı da qazandılar. Tədbir boyunca iştirakçılara Jeep modellərinin texniki göstəriciləri və üstünlükləri təqdim olundu, həmçinin qonaqlar üçün ketrinq, DJ performansı və fotosessiya zonası təşkil edilmişdi.

Gecə ərzində qonaqlar Jeep-in sərgüzəşt dolu ruhunu daha yaxından hiss etdilər və şəhərin mərkəzində, açıq havada komfortlu avtomobil təcrübəsi yaşadılar.

Hal-hazırda Jeep modellərini illik 10%-dən başlayan bank faizi və 5 ilədək hissəli ödəniş imkanı ilə əldə etmək mümkündür. Qeyd edək ki, Jeep brendinin Azərbaycandakı rəsmi nümayəndəsi "Avtolüks Azərbaycan" MMC-dır.

Ətraflı məlumat üçün: (012) 983