Alça yedikdən sonra bunlara diqqət edin!


Digərləri 02 Haz 2025 02:02:00 112 0

Alça yedikdən sonra bunlara diqqət edin!

Yay aylarının sevilən meyvələrindən biri olan alça həm ləzzətli, həm də faydalıdır.

Lakin mütəxəssislər alça və digər turş meyvələrin istehlakından sonra diş sağlamlığını qorumaq üçün bəzi vacib tövsiyələr verirlər.

Dişlərinizi dərhal fırçalamayın

Son.az xəbər verir ki, xüsusilə turş və şəkərli qidalar, eləcə də qazlı içkilər qəbul etdikdən sonra dişləri dərhal fırçalamaq tövsiyə olunmur. Çünki bu qidalar və içkilər diş minasını zəiflədir və onu eroziyaya məruz qoyur.

Araşdırmalar göstərir ki, sitrus meyvələrini gündə iki dəfədən çox istehlak edən şəxslərdə diş eroziyası riski digərlərlə müqayisədə 37 dəfə çoxdur. Həftədə bir dəfədən artıq alma sirkəsi və ya idman içkisi içənlər, gündəlik qazlı içki qəbul edənlər də yüksək risk qrupuna daxildir. Bu vərdişlər diş minasının zədələnmə ehtimalını 4-10 dəfə artırır.

Diş minasını necə qoruyaq?

Diş həkimləri məsləhət görür ki, turş və ya şəkərli məhsullar qəbul etdikdən sonra dişlərin dərhal fırçalanması əvəzinə, bir qədər gözləmək daha doğrudur. Bu cür qidalar diş minasını müvəqqəti olaraq yumşaldır və həmin an fırçalama minanın daha da zədələnməsinə səbəb ola bilər. Bu halda dişlər turşunun təsiri ilə daha çox aşınır və həssaslaşır.