"Demək ki, o insanla mən zülm çəkəcəyəm"
Şou-biznes 31 May 2025 13:55:00 78 0
"Sevəndə pambıq kimi oluram"
Bu haberi de oku: Nəsrindən iddialı FOTOlar
Xalq artisti Faiq Ağayev sevgi barədə düşüncələrini bölüşüb.
Son.az xəbər verir ki, pop ulduzun şəxsi həyatı ilə bağlı maraqlı etirafı diqqət çəkib.
"Tək yaşayıram. Kiminləsə eyni evi bölüşməyim üçün yalnızca sevgi baş verməlidir. Adam özünə uyğununu və layiqini tapmalıdır. Ən böyük çətinlik budur, sevmək yox. Ən bəsit şeylərdə belə bunlar olmalıdır.
Sevməyə layiq insan da, namizədlər də çoxdur. Məsələn, mən gec yatıb, gec oyananam. Demək ki, tez oyanan insanla mən zülm çəkəcəyəm. Sevəndə pambıq kimi oluram. İlk ağlıma gələn bu ifadə oldu. Mən sevgini çox sevirəm. Sevməyi, sevilməyi çox sevirəm. Bam-başqa oluram.
Faiq Ağayev 37 ildir sevilir və zaman-zaman da sevir. Hazırda isə həyatımda biri yoxdur".
Hüseyn Son.az