Rihannaya ağır itki
Şou-biznes 31 May 2025 21:55:00 104 0
Rihannanın atası Ronald Fenti 70 yaşında qısa müddətli xəstəlikdən sonra vəfat edib.
Bu haberi de oku: Xəstəxanaya yerləşdirilən əməkdar artistdən xəbər var
Son.az xarici mətbuata istinadən xəbər verir ki, Rihanna'nın atası Ronald Fenty 70 yaşında vəfat edib.
Hal-hazırda hamilə olan və üçüncü övladını gözləyən Rihanna 1988-ci ilin fevral ayında Fenty və anası Monika Breytveytin ailəsində dünyaya gəlib.
İlk olaraq xəbəri yayan Starcom Network (Rihannanın vətəni Barbadosda yerləşən media qurumu) bildirir ki, Fenty Los-Ancelesdə "qısa müddətli xəstəlikdən" sonra dünyasını dəyişib. Onun ölüm tarixi və dəqiq səbəbi hələ ki açıqlanmayıb.
Mənbələrin verdiyi məlumata görə, Fenty vəfat edərkən ailəsi onun yanında olub.
Lalə Qüdrətova Son.az