"And olsun Allaha, ən bahalı maşını o, sürür"


Şou-biznes 01 Haz 2025 21:21:00 91 0

"And olsun Allaha, ən bahalı maşını o, sürür"

"Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını, bağı var. Biri elə özüm. Mən həftənin yeddi günü işləyirəm. 20 ildir gecəm-gündüm yoxdur. Başımda tük qalmayıb. Mənim niyə bahalı maşınım olmasın?"

Son.az xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib. Elgiz paxıllığını çəkən həmkarlarından gileylənib:

"İnsan işləyir ki, evi, maşını olsun. Sözü mənə atır. Dünən çıxan aparıcıların maşını var. Bizim niyə olmasın? Evdə əyləşmişik, işləmirik? Səhər saat 9-da evdən çıxıram, ən tez axşam 10-da qayıdıram. Paxıllığından partlayır. And olsun Allaha, ən bahalı maşını o, sürür, ən gözəl yerdə yaşayıb, ən bahalı ayaqqabılar, kostyumları o, geyinib. Elədiyi bir şey də yoxdur. Biz də zamanı gələndə evdə oturub gənclərə baxacağıq.